Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq

Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq Tbilisi. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-dan 23-dək Gürcüstanın Batumi şəhərində XIII Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF) keçiriləcək.
İncəsənət
11 Sentyabr , 2018 18:54
Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq

Tbilisi. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-dan 23-dək Gürcüstanın Batumi şəhərində XIII Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF) keçiriləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Azərbaycanı tədbirdə rejissor Ruslan Ağazadə “Balaca” adlı qısametrajlı film ilə təmsil edəcək.

Festivalda ən yaxşı bədii, ən yaxşı sənədli və ən yaxşı qısametrajlı film nominasiyası üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Kinofestivalda ABŞ, Rusiya, Almaniya, İran, Fransa, Ukrayna, Ermənistan və digər ölkələri təmsil edən kinematoqrafçılar iştirak edəcəklər.

Qeyd edək ki, “Balaca” filmi “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il çəkilib.

Son xəbərlər

Orphus sistemi