"Axınla üzü aşağı" filminin təqdimat mərasimi keçiriləcək

"Axınla üzü aşağı" filminin təqdimat mərasimi keçiriləcək Tədbir dekabrın 19-da olacaq
İncəsənət
271
9 Dekabr , 2014 17:21
Axınla üzü aşağı filminin təqdimat mərasimi keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla üzü aşağı" bədii filminin təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycanfilm" Kinostudiyasından bildirilib.

Tədbir dekabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir.

Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

Son xəbərlər

Orphus sistemi