Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub - YENİLƏNİB
- 18 may, 2025
- 03:10
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.
"Report" xəbər verir ki, Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.
Finalda Azərbaycan İsrail təmsilçisinə səs verib.
2025-05-17 23:17
“Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb.
"Report" xəbər verir ki, yarış "Arena Plus"da keçirilir.
Finalda aşağıdakı ölkələr mübarizə aparır: Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.