Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub

Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli Xalça Muzeyinə onlayn tur təşkil olunub.
İncəsənət
25 May , 2020 12:51
Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub

Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli Xalça Muzeyinə onlayn tur təşkil olunub. 

"Report" xəbər verir ki, tur Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın “Azərbaycan muzeylərinə virtual səyahət” layihəsi çərçivəsində baş tutub.

Onlayn tur zamanı keçirilən seminara Skandinaviya ölkələrində, o cümlədən, Finlandiyada yaşayan azərbaycanlılar, Almaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan və İsveçdən qoşulanlar olub. 

Ü.Cabbarova bildirib ki, layihənin başlıca məqsədi Azərbaycanın milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini ölkədən kənarda yaşayan gənclərə, xarici ölkə ictimaiyyətinə çatdırmaqdır. 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bağlantı zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan Milli Xalça Muzeyinin ölkənin ilk inklüziv muzeyi kimi fəaliyyəti barədə də danışıb. Burada sağlamlıq imkanları məhdud insanların ekspozisiya ilə tanışlığı üçün hər cür imkanların yaradıldığını diqqətə çatdırıb. Sonra iştirakçılara muzey haqqında qısa videoçarx nümayiş etdirilib. 

Sonra məşhur teleaparıcılar Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyevanın təqdimatında və surdo-tərcümə ilə müşayiət olunan ekspozisiya üzrə virtual turun ilk hissəsi diaspor təşkilatlarının nümayəndələrinə nümayiş etdirilib, layihənin davamının olacağını vurğulanıb.

Son xəbərlər

Orphus sistemi