Aşıq Ədalət vəfat edib

Aşıq Ədalət vəfat edib Ədalət Nəsibov uzun müddətdir xəstə idi
İncəsənət
14 Sentyabr , 2017 16:17
Aşıq Ədalət vəfat edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Aşıq Ədalət (Nəsibov) dünyasını dəyişişib.

Bu barədə “Report”a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.

Məlumata görə, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.

Qeyd edək ki, Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləyib: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi