“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunan kitab çap edilib

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunan kitab çap edilib Nəşrdə əsasən Üzeyir Hacıbəylinin Ev Muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub
İncəsənət
1280
21 Fevral , 2017 10:37
“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunan kitab çap edilib

Bakı. 21 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan “Arşın mal alan - 100” kitabı nəşr olunub.

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə nəşr olunan kitabda ölməz əsərin yazılması ilə bağlı Ü.Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Nəşrdə əsasən Ü.Hacıbəylinin Ev Muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.

Kitab “Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı 3 yarımbaşlıq şəklində tərtib olunub.

“Şərq-Qərb” nəşriyyatında çap edilən “Arşın mal alan - 100” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Son xəbərlər

Orphus sistemi