Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" (“Tower of the Koutoubia Mosque”) şəkilini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt sterlinq) satıb.
“Report” xəbər verir ki, bu barədə məlumat “Christie's” hərrac evinin saytında yayılıb.
Çerçil vaxtı ilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.
Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çerçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniyanın baş nazirinin İkinci Dünya Müharibəsi zamanı çəkdiyi yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çerçil mənzərəni Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı Günəşin qürubunun təəssüratı altında yaradıb.
Alıcının şəxsiyyəti açıqlanmır.
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar vermasi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları qiymətləndirilir.