"Report" xəbər verir ki, 1915-ci ildə çəkilən "Münhendə VVAQ" adlı rəsm 50 min avro məbləğində qiymətləndirilib.
Rəsmlə bərabər onun həqiqiliyini təsdiq edən sertifikat da var. Bu, diktatorun hərraca çıxarılan artıq səkkizinci rəsmidir.
Qanuna görə, Almaniyada Hitlerin rəsmlərini yalnız onlarda nasist rəmzləri olmadığı halda satmağa icazə verilir. Reyx kanslerin ümumilikdə 8 yüz rəsm əsərinin olduğu bildirilir.