Alman rejissor Veit Helmerin Bakıda çəkdiyi “The Bra” filmi Fransanın Nansi şəhərində keçirilən beynəlxalq film festivalında nümayiş olunub.
Bu barədə “Report”un Fransa bürosuna festivalın prezidenti Toni Glamçevski məlumat verib.
O, komediya janrında çəkilən filmin böyük maraqla qarşılandığını bildirib.
Qeyd edək ki, hazırda Bakının köhnə məhəllələrindən birində lentə alınan film Fransanın bir sıra şəhərlərində, kinoteatrlarda nümayiş olunur.
Fransanın məşhur “Allocine” saytı yazır: “Azərbaycan qədim Böyük İpək Yolunun üstündə, Avropa ilə Asiyanın kəsişdiyi yerdə yerləşir. Bura müxtəlif millətlərin və dinlərin yaşadığı bir yerdir. Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində birgə yaşayırlar”.
Səhnə əsərinin rejissoru gələn həftə Azərbaycana gələcək. Film isə oktyabrın 7-dən Bakıda kinoteatrlarda nümayiş olunacaq.