​Allahın 99 adını 3 santimetrlik kitaba sığdırıb

​Allahın 99 adını 3 santimetrlik kitaba sığdırıb Necati Korkmaz keçən il də dünyanın ən kiçik "Qurani-Kərimi"ni hazırlamışdı
İncəsənət
104
13 Dekabr , 2014 19:06
​Allahın 99 adını 3 santimetrlik kitaba sığdırıb
Bakı. 13 dekabr. REPORT.AZ/ Dünyada ən xırda miniatür əsərlər yaradan 3 heykəltəraşdan biri olan türkiyəli Necati Korkmaz daha bir yeniliyə imza atıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, Allahın 99 adını 3 santimetrlik kitaba sığdıra bilib. N.Korkmaz bunu ceyran dərisindən hazırladığı kitabda mərci dənələrinin üzərində edib.

O, kitabın hər səhifəsində qızıl vərəqlərdən istifadə edərək, yaratdığı əsərdə Osmanlı dövrünə aid bir sıra sənət nümunələrinə də yer ayırıb. 

Qeyd edək ki, təbii çiçəklərlə bəzədilən səhifələrdəki mərci dənələrinin üzərində gubari xətt sənəti ilə Allahın adlarının yazıldığı miniatür əsər ancaq lupa vasitəsilə oxuna bilir. Kitab Mövlanənin vəfatının 741-ci ildönümü çərçivəsində təşkil olunan beynəlxalq sərgidə nümayiş olunur. 36 ildir bu sənətlə məşğul olan 50 yaşlı heykəltəraş keçən il də Mövlanənin anma mərasimləri çərçivəsində dünyanın ən kiçik "Qurani-Kərimi"ni nümayiş etdirmişdi.

Son xəbərlər

Orphus sistemi