Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, YUNESKO mükafatı laureatı Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə konsertə hazırlaşır.
Beynəlxalq Muğam Mərkəzindən "Report"a daxil olan xəbərə görə, noyabrın 14-də muğam ustadı Mərkəzdə yeni konsert proqramı ilə çıxış edəcək. Konsertdə Alim Qasımov qızı Fərqanə Qasımova ilə Azərbaycan muğamlarını, təsnif və xalq mahnılarını səsləndirəcək.
Konsert noyabrın 14-ü saat 20.00-da baş tutacaq.