"Report" xəbər verir ki, bu barədə məlumatı xanəndənin meneceri Səadət Möhübbətova bildirib. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər. Bu səbəbdən ustad xanəndə ABŞ-da konserti bitən kimi Vətənə yola düşüb. Alim Qasımov və qızı Fərqanə Qasımova bu gecə Bakıda olacaqlar.
Qeyd edək ki, xalq artisti Alim Qasımov ABŞ-dan əvvəl Meksikada konsert proqramı ilə çıxış etmişdi.