Aktyor evində Yeni il şənliyinə hazırlıq gedir

Aktyor evində Yeni il şənliyinə hazırlıq gedir Proqram dekabrın 26-dan yanvarın 3-dək davam edəcək
İncəsənət
352
9 Dekabr , 2015 13:30
Aktyor evində Yeni il şənliyinə hazırlıq gedir

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor evində Yeni il şənliyinə hazırlıq gedir.

"Report" xəbər verir ki, dekabrın 26-dan başlanan Yeni il proqramı yanvarın 3-dək davam edəcək.

"Küpəgirən qarı necə zamanı saxladı" adlı yeni il proqramının müəllifi başqırdıstanlı yazar Aydar Zaripov, quruluşçu rejissoru Lyubava Qrinovadır.

Hər gün 3 seansda nümayiş etdiriləcək, bayram proqramında Rus Dram Teatrının aktyorları çıxış edəcək.

Yeni il şənliyinin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti hədiyyə daxil olmaqla, 10 manatdır.

Son xəbərlər

Orphus sistemi