Akademik Opera və Balet Teatrında "Traviata" operasının tamaşası keçiriləcək

Akademik Opera və Balet Teatrında "Traviata" operasının tamaşası keçiriləcək Tamaşada Ukraynadan dəvət olunan solist də çıxış edəcək
İncəsənət
22 Oktyabr , 2015 16:38
Akademik Opera və Balet Teatrında Traviata operasının tamaşası keçiriləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 7-də təqdim olunacaq tamaşada aparıcı partiyalardan biri - Violetta partiyasını Akademik Opera və Balet Teatrının istedadlı solisti, əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcək.

Tamaşada Azərbaycanın opera səhnəsinin parlaq simalarından biri - xalq artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artistlər - Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor Qrevil) çıxış edəcək.

Məlumata görə, klassik opera və balet tamaşalarına xaricdən tanınmış vokal və balet sənəti ulduzlarının dəvət edilməsi ilə bağlı Akademik Opera və Balet Teatrında çoxdan formalaşmış ənənəyə uyğun olaraq bu dəfə də teatrın rəhbərliyi "Traviata" operasının tamaşasında çıxış etmək üçün Almaniya və Ukrayna sənətçilərini qastrola dəvət edib. 

Belə ki, azərbaycanlı opera sənətçiləri ilə birlikdə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin tamaşada Jermon rolunu ifa edəcək.

Qeyd edək ki, opera tamaşasını almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi