Akademik Milli Dram Teatrında "Xəcalət" olacaq

Akademik Milli Dram Teatrında "Xəcalət" olacaq Tamaşa Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər çərçivəsində nümayiş ediləcək
İncəsənət
241
13 Fevral , 2015 20:40
Akademik Milli Dram Teatrında  Xəcalət olacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 25-26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası nümayiş ediləcək.

"Report" xəbər verir ki, istedadlı yazıçı, publisist və dramaturq olan H.Mirələmov "Хəcalət" pyesində müharibənin yaratdığı faciələri bir ailənin timsalında verib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirib.

Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin yaratdığı faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi xəsis, ancaq təsirli boyalarla təsvir edə bilib.

"Xəcalət" pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin, mübariz olmağa səsləyən bir əsərdir.

Son xəbərlər

Orphus sistemi