Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor, xalq artisti, dövlət mükafatları laureatı Tofiq Kazımov adına teatr studiyası yaradılacaq.
"Report" xəbər verir ki, bu barədə 143-cü teatr mövsümünün açılışına həsr olunan mətbuat konfransında Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət deyib.
O bildirib ki, studiyada ancaq gənclər toplanacaq və yaradıcılıqla məşğul olacaqlar.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 143-cü teatr mövsümünün açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.

