Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş etdirilib

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş etdirilib Səhnə əsəri 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir
İncəsənət
2034
6 Noyabr , 2017 11:30
Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş etdirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətovdur.

Tamaşanın rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi