Akademik Milli Dram Teatrı türkdilli dövlətlərin festivalında iştirak edib

Akademik Milli Dram Teatrı türkdilli dövlətlərin festivalında iştirak edib Teatr Kazanda "İlahi oyun" tamaşasını göstərib
İncəsənət
281
6 İyun , 2015 15:20
Akademik Milli Dram Teatrı türkdilli dövlətlərin festivalında iştirak edib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli dövlətlərin ənənəvi "Novruz 2015" festivalında iştirak edib. "Report" xəbər verir ki, festival iyunun 1-dən 6-dək davam edib.

Tədbir K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrında keçirilib. Festivalda Azərbaycanla yanaşı, Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edib. 

Akademik Milli Dram Teatrı Azərbaycanı "Kitabi Dədə-Qorqud" eposunun “Dirsə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil edib. Səhnə əsəri Kazan tamaşaçılarının rəğbətini qazanıb.

“İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçuları Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edib. 

Qeyd edək ki, festivalda "Kitabi Dədə-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi