Ağaxan Abdullayev müalicə üçün yenidən Türkiyəyə gedəcək

Ağaxan Abdullayev müalicə üçün yenidən Türkiyəyə gedəcək Xalq artisti: "Hazırda özümü normal hiss edirəm"
İncəsənət
12 Oktyabr , 2015 12:09
Ağaxan Abdullayev müalicə üçün yenidən Türkiyəyə gedəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev müalicə üçün yenidən Türkiyəyə gedəcək.

Xalq artisti "Report"a açıqlamasında deyib ki, səhhətində yaranan problemlər tam aradan qaldırılmayıb və Türkiyədə müalicəsini davam etdirir. A.Abdullayev hazırda özünü normal hiss etdiyini bildirib: "Hər 6 aydan bir Türkiyəyə gedib müalicə alıram. Şükür Allaha, yaxşıyam. Mən o qədər qüvvətli adam olmuşam ki, bir zamanlar inanmazdım ki, belə xəstələnə bilərəm. Allahın qismətidir. Buna da, şükür. Müalicələrim davam edir, müntəzəm dərmanlarımı qəbul edirəm. Allah nə zaman məsləhət bilsə, yaradanın hüzuruna gedəcəm".

Xatırladaq ki, A.Abdullayev uzun zamandır xəstəliyi ilə əlaqədar səhnədən uzaq düşüb. 

Son xəbərlər

Orphus sistemi