ADMİU-nun tələbələri “Sarı simin lisanı” adlı konsert verib

ADMİU-nun tələbələri “Sarı simin lisanı” adlı konsert verib Beynəlxalq Muğam Mərkəzində (BMM) “Yeni nəsil dəvət edir” adlı möhtəşəm layihə uğurla davam edir
İncəsənət
10 Dekabr , 2018 03:30
ADMİU-nun tələbələri “Sarı simin lisanı” adlı konsert verib

Bakı. 10 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində (BMM) “Yeni nəsil dəvət edir” adlı möhtəşəm layihə uğurla davam edir.

“Report” xəbər verir ki, dekabrın 7-də BMM -də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Musiqi sənəti” fakültəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin, Respublika ve Beynəlxalq Musabiqələr laureatı Səxavət Məmmədovun “Sarı simin lisanı” adlı konserti keçirilib.

Tədbir BMM və ADMİU-nun “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində baş tutub.

Konsertdə tələbələr Arif Məlikovun - “İki fraqment”, Cahangir Cahangirovun -“Ana”, “Aylı gecə”, Qara Qarayevin - “Gözəllər gözəlinin portreti”(“Yeddi gözel” baletindən), Ramiz Mirişlinin - “Tar ilə simfonik orkestr üçün konsert” II hissə “Andante”, Vasif Adıgözəlovun -“Şuşam laylay”, Həsən Rzayevin - “Cahargah rapsodiyası”, Nikolay Lukavikin - “Macar çardaşı”, Antonio Vivaldinin - “Yay”, Rimski Korsakovun - “Arı uçuşu” əsərlərini tarda ifa ediblər.

İfaçıları pianoda Aygün Səfərzadə müşayiət edib.

Son xəbərlər

Orphus sistemi