Adil Kərimli: "Kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub"

Adil Kərimli: "Kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub" Kino agentliyinin yaradılması üçün nazirlik aidiyyəti qurumlarla birgə lazımi tədbirləri görüb.
İncəsənət
20 Aprel , 2023 11:24
Adil Kərimli: Kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub
Adil Kərimli

Kino agentliyinin yaradılması üçün nazirlik aidiyyəti qurumlarla birgə lazımi tədbirləri görüb.

“Report” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub:

"Bütün inkişaf yolu yanaşı bu gün kino sənətinin bir sıra problemləri də var. Bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var. Artıq dövlətdən asılılığı azaltmaq və özəl sektorunun diqqətini çəkmək üçün çalışmaq lazımdır".

Qeyd edək ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi