8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qu gölü" baleti nümayiş etdiriləcək

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qu gölü" baleti nümayiş etdiriləcək Tamaşada baş rolu Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası Lyüdmila Xitrova ifa edəcək
İncəsənət
115
22 Fevral , 2016 14:39
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qu gölü baleti nümayiş etdiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.

Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Lyüdmila Xitrova dəvət olunub.

L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir kimi ölkələrdə qastrol səfərlərində olub. Bu, onun Bakıya ilk səfəridir.

Onun tərəf-müqabili Şahzadə Ziqfridi rolunu Belarusun əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin ifa edəcək.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi