Azərbaycan türk dövlətlərinin Rəqəmsal İnnovasiyalar Kataloqunun yaradılmasını təklif edib

Azərbaycan türk dövlətlərinin Rəqəmsal İnnovasiyalar Kataloqunun yaradılmasını təklif edib Türk Dövlətləri Təşkilatının Rəqəmsal İnnovasiyalar Kataloqu yaradıla bilər.
İKT
26 May , 2022 18:10
Azərbaycan türk dövlətlərinin Rəqəmsal İnnovasiyalar Kataloqunun yaradılmasını təklif edib

Türk Dövlətləri Təşkilatının Rəqəmsal İnnovasiyalar Kataloqu yaradıla bilər.

"Report" xəbər verir ki, bu barədə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin ad hok iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

O sözügedən təklifin məqsədi haqqında danışıb:

“Təkliflərimizdən biri də Türk Dövlətləri Təşkilatının Rəqəmsal İnnovasiyalar Kataloqunun yaradılması olub. Bu təklifin əsas məqsədi təşkilata üzv dövlətlər tərəfindən həyata keçirilən innovasiyalar, rəqəmsal yeniliklərin dərc oluna bilən kataloqun mövcudluğudur. İstədiyimiz zaman o kataloqa çıxışımızın olması, yeniliklərdən xəbərdar olmağımız bizim üçün gözəl fürsət olar”.

Son xəbərlər

Orphus sistemi