Yutub bir neçə Rusiya kanalının monetizasiyasını bloklayıb

İKT
  • 27 fevral, 2022
  • 05:40
Yutub bir neçə Rusiya kanalının monetizasiyasını bloklayıb

Yutub videohostinqi Ukraynada baş verən hadisələrə görə Rusiyanın bir neçə kanalının monetizasiyasını əngəllədiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə TASS-a şirkətin nümayəndəsi bununla bağlı sorğuya cavab olaraq bildirib.

“Ukraynada baş verən hadisələrə görə bir sıra yutub kanallarının, o cümlədən son vaxtlar sanksiyaya məruz qalan bir neçə Rusiya kanalının monetizasiyanı dayandırırıq”, - şirkətin açıqlamasında deyilir.