YTP: “TEKNOFEST" Türkiyə ilə texnologiya sahəsində əməkdaşlığmızı dərinləşdirəcək”

YTP: “TEKNOFEST" Türkiyə ilə texnologiya sahəsində əməkdaşlığmızı dərinləşdirəcək” "Azərbaycanın ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış
İKT
2 İyun , 2022 17:46
YTP: “TEKNOFEST Türkiyə ilə texnologiya sahəsində əməkdaşlığmızı dərinləşdirəcək”

"Azərbaycanın ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış mötəbər tədbirlərdəndir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) baş direktoru Vasif Abbasov deyib.

"Festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir həmçinin Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində əməkdaşlığını daha da dərinləşdirərək yeni perspektivlər açıb. İki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi", - deyə o, qeyd edib.

"Əminliklə demək olar ki, gənc nəsildə texnologiyalara böyük həvəs oyatmış “TEKNOFEST Azərbaycan” ölkəmizdə gələcəyin yüksəkixtisaslı tədqiqatçılarının yetişməsində böyük rol oynayacaq. İnanırıq ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq”, - deyə V.Abbasov əlavə edib.

Son xəbərlər

Orphus sistemi