“YouTube” son iki ayda Azərbaycandakı bazar payının 59 %-ni itirib

İKT
  • 04 avqust, 2025
  • 12:52
“YouTube” son iki ayda Azərbaycandakı bazar payının 59 %-ni itirib

Bu ilin iyul ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 34,01 % (ötən ay 32,07 %, 1 il əvvəl 38,16 % olub) təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 1,94 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 4,15 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 5,65 faiz bəndi, illik isə 8,85 faiz bəndi artaraq 31,73 % (26,08 % və 22,88 %) təşkil edib.

Növbəti yerdəki “YouTube”un bazar payı ay ərzində 5,26 faiz bəndi azalaraq, il ərzində isə 4,13 faiz bəndi artaraq 15,31 % (20,57 % və 11,18 %) olub. Beləliklə onun bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 59 % təşkil edir).

Dördüncü pillədəki “X”in bazar payı aylıq 2,58 faiz bəndi artaraq, illik müqayisədə isə 0,40 faiz bəndi azalaraq 7,1 % (9,68 % və 7,5 %) təşkil edib.

İlk beşliyi 7,06 %-lik (6,98 % və 14,84 %) bazar payı ilə “Pinterest” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,08 faiz bəndi artıb, illik müqayisədə isə 7,78 faiz bəndi azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti