Yerin məsafədən müşahidəsinə dair dövlət proqramının icrası başa çatır

Yerin məsafədən müşahidəsinə dair dövlət proqramının icrası başa çatır Bu il Azərbaycanda “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası başa çatıb.
İKT
1 Dekabr , 2022 10:13
Yerin məsafədən müşahidəsinə dair dövlət proqramının icrası başa çatır

Bu il Azərbaycanda “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası başa çatır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Proqramın icrası istiqamətində 9 sahə üzrə 99 tədbir nəzərdə tutulmuşdu ki, bunlara da 32 dövlət müəssisəsi cavabdehlik daşıyırdı. Onlar aktiv şəkildə prosesdə iştirak ediblər. Xüsusilə Kənd Təsərüffatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən yüksək nəticələrə nail olublar", - deyə o qeyd edib.

"Ümumiyyətlə proqram çərçivəsində 137-si elmi təqdiqat layihəssi olmaqla 400-dən çox layihə həyata keçirilib. Bu layihələrin əksəriyyətini “Azərkosmos” pulsuz icra edib. Bu konteksdə hansısa gəlirdən və rəqəmlərdən danışmaq olmur. Layihələr hesabına əldə olunan məlumatlardan ən çox elə qeyd etdiyim nazirliklər istifadə edib. Hər iki qurumda peyk xidmətindən istifadə ilə bağlı avtomatlaşdırılmış elektron sistemlər qurulub", - deyə S.Əsədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi