Yeni "iPhone"nun təqdimat tarixi məlum olub

Yeni "iPhone"nun təqdimat tarixi məlum olub "Apple"ın yeni modelində bir sıra dəyişikliklər edilib
İKT
25 Avqust , 2017 17:39
Yeni iPhonenun təqdimat tarixi məlum olub

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ-ın "Apple" şirkətinin " iPhone8" adlandıracağı gözlənilən yeni smartfonunun təqdimatı sentyabrın 12-də keçiriləcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni model 5,8 düyüm ölçüdə "OLED" ekranla təchiz olunacaq. 

Ən nəzərəçarpan yeniliklərdən biri isə "Home" düyməsinin olmamasıdır. Bu düymənin funksiyalarını virtual düymə yerinə yetirəcək. 

Versiyalardan birinə görə, yeni telefon sahibini barmaq izindən ("Touch ID") deyil, üz cizgilərindən tanıyacaq. "iPhone 8"in yaddaş həcminə gəlincə, bu göstəricinin ilk modeldə 64 Gb, ən bahalı modeldə isə 512 Gb təşkil edəcəyi gözlənilir. Digər bir məlumata görə, telefon simsiz enerjidoldurma texnologiyası ilə təchiz olunacaq. Yeni modelin qiymətinin 1 000-1 100 ABŞ dolları civarında dəyişəcəyi deyilir. 

Son xəbərlər

Orphus sistemi