Yaponiya "Facebook"dan məlumatların qorunmasını yaxşılaşdırmağı tələb etmək niyyətindədir
- 22 oktyabr, 2018
- 08:02
Bakı.22 oktyabr. REPORT.AZ/ Yaponiya hökuməti "Facebook" sosial şəbəkəsindənistifadəçilərin şəxsi məlumatlarının qorunmasını təmin etmək üçün əlavə tədbirlərgörməyi tələb etmək niyyətindədir.
"Report""Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiya hökuməti dünyada, təxminən, 87 milyon insana təsir etmiş genişmiqyaslı məlumat sızıntısı yaşandığındanbu məsələdən narahat olub.
Yaponiya ilk növbədə "Facebook"un istifadəçilərin istəklərinə dərhal lazımolduqda məlumatlarını silməklə bağlı istəklərinə operativ cavab verəcəyinə dairtəminat almaq istəyir.
Xatırladaqki, "The New York Times" qəzetində nəşr olunan məqalədən sonra "Facebook"istifadəçi məlumatlarının "Cambridge Analytica" şirkətinə ötürülməsiilə əlaqədar böyük qalmaqalın mərkəzinə düşüb. Müxtəlif hesablamalara görə, söhbət, təxminən, 87 milyon istifadəçinin şəxsi məlumatlarından gedir. Yaponiyada busızmanın təsirinə məruz qala biləcək istifadəçilərin sayı isə 100 min insancivarında qiymətləndirilir.