“Yandex” Azərbaycandakı bazar payını itirməkdə davam edir

İKT
  • 03 fevral, 2025
  • 16:29
“Yandex” Azərbaycandakı bazar payını itirməkdə davam edir

Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,94 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin dekabr ayına nisbətən 0,19 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,01 faiz bəndi azdır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,06 faiz bəndi azalaraq, illik isə 6,6 faiz bəndi artaraq 13,34 % olub. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,1 faiz bəndi azalaraq, illik isə 0,08 faiz bəndi artaraq 0,98 %-də qərarlaşıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı aylıq 0,06 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,16 faiz bəndi artaraq yanvarda 0,36 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,02 faiz bəndi, illik müqayisədə isə 0,2 faiz bəndi artaraq 0,35 % olub.