Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlıq memorandumu imzalayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlıq memorandumu imzalayıb Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
İKT
22 Dekabr , 2023 13:52
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Sənədi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov imzalayıb.

Əməkdaşlıq Memorandumunun tədris-elm-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaqla yüksəkixtisaslı kadrların hazırlanması, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində innovasiyayönümlü birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı texnologiya, məlumat və təcrübə mübadiləsi məqsədilə həyata keçirilməsi qeyd olunub.

İ. Abbasov qonaqları universitetlə yaxından tanış edib, burda tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib. XRİTDX-nın nümayəndələri universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti, zəngin çeşidə malik müasir elektron kitabxanası ilə tanış olublar.

XRİTDX-nın rəisi ölkəmizdə kibertəhlükəsizlik strategiyasının əsas istiqamətləri, bu sahəyə dövlət dəstəyi, Xidmət tərəfindən həyata keçirilən innovativ layihələr və dövlət orqanlarına münasibətdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

İ. Musayev qeyd edib ki, ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində informasiya təhlükəsizliyi sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf sürətli templə davam edir. Xidmət rəisi ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə böyük diqqət verilməsi və bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsini əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi