“Xiaomi” bloklanan smartfonların fəaliyyətini bərpa edib

“Xiaomi” bloklanan smartfonların fəaliyyətini bərpa edib “Xiaomi” şirkəti bir sıra ölkə və regionlarda bağladıqları bütün smartfonlarının fəaliyyətini bərpa edib.
İKT
14 Sentyabr , 2021 18:51
“Xiaomi” bloklanan smartfonların fəaliyyətini bərpa edib

“Xiaomi” şirkəti bir sıra ölkələrdə bloklanan smartfonların fəaliyyətini bərpa edib.

“Report” “Global Time”a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, həmin smartfonlar “Xiaomi”nin rəsmən fəaliyyət göstərmədiyi ölkələrdə qaçaqmalçılığın qarşısını almaq məqsədilə bloklanıb və bu, sırf müvəqqəti tədbir olub.

Daha əvvəl “XDA-developers” forumu bildirmişdi ki, “Xiaomi” İran, Suriya, Şimali Koreya, Kuba kimi bir sıra ölkələrdə, habelə Krım kimi bölgələrdə smartfonların satışına məhdudiyyət qoyub.

Son xəbərlər

Orphus sistemi