“Xiaomi” Azərbaycanın mobil cihaz bazarındakı payının 40 %-ni itirib

İKT
  • 05 mart, 2024
  • 05:39
“Xiaomi” Azərbaycanın mobil cihaz bazarındakı payının 40 %-ni itirib

Bu ilin fevral ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 27,92 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvara nisbətən 0,81 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 16,8 faiz bəndi azdır.

İkinci pillədəki tanınmayan brendin bazar payı müvafiq olaraq 2,26 faiz bəndi azalaraq və 26,84 faiz bəndi artaraq 27,55 % olub.

Növbəti sıradakı “Xiaomi”nin bazar payı müvafiq olaraq 1,56 faiz bəndi və 12,71 faiz bəndi azalaraq 19,12 %-ə enib. Bununla da şirkət son bir ildə mobil cihazlar bazarındakı payının 40 %-ni itirib.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 1,35 faiz bəndi və 1,27 faiz bəndi artaraq 17,83 % təşkil edib.

İlk beşliyi 1,7 % bazar payı ilə “Huawei” qapayır. Şirkətin bazar payı ötən aya nisbətən 0,04 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,35 faiz bəndi azalıb.

44 - Tezliklə