Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planları hazırlanır
İKT
- 28 fevral, 2025
- 20:46
Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planlarının üzərində iş aktiv şəkildə davam etdirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatının təltifetmə mərasimində deyib.
Onun sözlərinə görə, ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib:
"Bu il biz bu işi davam etdirəcəyik. Qarabağda və Şərqi Zəngəzurda demək olar, bütün Baş planlar hazırlanıb, əksəriyyəti rəsmi şəkildə təsdiqlənib. Kiçik bir hissəsinin üzərində dəqiqləşdirmə işləri aparılır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırma prosesi başa çatmaq üzrədir".
A.Quliyev xatırladıb ki, Bakının Baş Planı artıq təsdiq edilib və reallaşdırılmağa başlanılıb.
Son xəbərlər
07:05
Masallının mərkəzində iki saat işıq olmayacaq
Energetika06:32
ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb
Digər ölkələr06:07
Nyu-Yorkun şimalında kilsədə partlayış olub, azı beş nəfər yaralanıb
Digər ölkələr05:40
Vaşinqtonun sorğusu əsasında İsveçdə Rusiya vətəndaşı saxlanılıb
Digər ölkələr05:13
Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb
Digər ölkələr04:42
Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Digər ölkələr04:04
"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub
Digər ölkələr03:38
"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır
Digər ölkələr03:08