WhatsApp telefon dəyişikliyi üçün lazım olan funksiya ilə təchiz olunacaq

WhatsApp telefon dəyişikliyi üçün lazım olan funksiya ilə təchiz olunacaq WhatsApp mesenceri iOS və Android əməliyyat sistemlərilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir
İKT
6 Aprel , 2021 14:04
WhatsApp telefon dəyişikliyi üçün lazım olan funksiya ilə təchiz olunacaq

WhatsApp mesenceri iOS və Android əməliyyat sistemləri ilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir.

“Report” “WA BetaInfo”ya istinadən xəbər verir ki, yeni funksiya qarşılıqlı söhbətlərin, ismarıclar tarixinin, gələn faylların, qrup abunələrinin köçürülməsini təmin edəcək. Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür. Bunun səbəbi ehtiyat nüsxəsinin iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.

Son xəbərlər

Orphus sistemi