"WhatsApp"da qara ekran rejimi olacaq

"WhatsApp"da qara ekran rejimi olacaq İstifadəçilər interfeysin rəngini dəyişərək qara fonda ağ rəngdə mətn yazacaqlar
İKT
28 mart 2019 06:45
WhatsAppda qara ekran rejimi olacaq
0 : 00
0 : 00

"WhatsApp" messencerinin "Android" üçün yenilənmiş versiyasında qara ekran rejimi olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, "Wabetainfo" portalı tətbiq istifadəçilərinin interfeysin rəngini dəyişərək qara fonda ağ rəngdə mətn yaza biləcəklərini vurğulayıb.

Yeni funksiyanın ekranın parıltısını azaldacağını və az işıqlandırma şəraitində mesajların görünməsini asanlaşdıracağı gözlənilir.

Yeniliklər 2.19.82 beta-yeniləmədə təqdim olunacaq. Versiyanın rəsmi çıxış tarixi hələ açıqlanmayıb.

Orphus sistemi