Vladanka Andreyeva: “Azərbaycanda kağızsız hökumətə keçid karbon emissiyasının azalmasına gətirib çıxaracaq”

Vladanka Andreyeva: “Azərbaycanda kağızsız hökumətə keçid karbon emissiyasının azalmasına gətirib çıxaracaq” Rəqəmsal transformasiya prosedurları sadələşdirilməsilə yanaşı gələcəkdə dövlət xidmətlərinin daha rəvan çatdırılmasına kömək edir.
İKT
4 Sentyabr , 2024 11:02
Vladanka Andreyeva: “Azərbaycanda kağızsız hökumətə keçid karbon emissiyasının azalmasına gətirib çıxaracaq”
Vladanka Andreyeva

Rəqəmsal transformasiya prosedurları sadələşdirilməsilə yanaşı gələcəkdə dövlət xidmətlərinin daha rəvan çatdırılmasına kömək edir.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

"Kağızdan istifadə kifayət qədərdir. Bu meşələrin azalmasına, istixana emissiyalarına səbəb olur. Bu gün Azərbaycanda kağızsız hökumətə keçməklə təsəvvür edin nə qədər ağac qorunacaq. Belə ki, rəqəmsal həll yolları ətraf mühitə çox ciddi şəkildə təsir edəcək. Sənədsiz və ya kağızsız hökumət sadəcə ağacları xilas etməklə kifayətlənmir, burada müxtəlif resurslara qənaət edilir ki, bu da karbon emissiyasının azalmasına gətirib çıxarır. Biz bununla sadəcə tullantıları azaldmırıq. Eyni zamanda məsuliyyətli istehlak mədəniyyətini formalaşdırırıq", - deyə o qeyd edib.

COP29-a 67 gün qaldığını deyən BMT rəsmisi bütün dünyanın gözünün Bakıya yönələcəyini vurğulayıb: "COP29-da ən mühüm qlobal təşəbbüslər müzakirə ediləcək. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə heç şübhəsiz ki, iqlim təşəbbüsləri tədbirləri kontekstində öz izini qoymaq niyyətindədir".

Son xəbərlər

Orphus sistemi