“Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti yeni təyinat alıb

“Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti yeni təyinat alıb “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş şirkətin 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezident və regional menecer vəzifələrinə təyin edilib.
İKT
6 Mart , 2024 13:36
“Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti yeni təyinat alıb
Kristina Doros

“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş şirkətin 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezident və regional menecer vəzifələrinə təyin edilib.

“Report” “Visa”ya istinadən xəbər verir ki, o, şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda “Visa”nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.

Qeyd edək ki, Kristina Doroş 2016-cı ildən “Visa”da əsas (debit, kredit və premium) kart məhsulları, müştəri məmnuniyyəti platformalarının hazırlanması, rəqəmsal həllər və ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi