“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb

“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb "Aztelekom" İstehsalat Birliyi Ucar Telekommunikasiya Qovşağının rəisi Zamir İsrafilov tutduğu vəzifədən azad edilib
İKT
6 May , 2021 18:06
“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb

"Aztelekom" İstehsalat Birliyi Ucar Telekommunikasiya Qovşağının rəisi Zamir İsrafilov tutduğu vəzifədən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə “Aztelekom”un baş direktoru Samir Məmmədov əmr imzalayıb.

Məlumatda deyilir ki, Z.İsrafilovun işdən azad edilməsinə səbəb onun vəzifəsinin öhdəsindən gələ bilməməsidir.

Hələlik onun yerinə təyinat yoxdur.

Son xəbərlər

Orphus sistemi