“Veon” Ermənistan bazarını tərk edir

“Veon” Ermənistan bazarını tərk edir “Veon” telerabitə holdinqi Ermənistandakı bölməsi olan “Veon Armenia”nın satılması barədə yerli “Team LLC” şirkətilə razılığa gəlib.
İKT
2861
29 Oktyabr , 2020 14:10
“Veon” Ermənistan bazarını tərk edir

“Veon” telerabitə holdinqi Ermənistandakı bölməsi olan “Veon Armenia”nın satılması barədə yerli “Team LLC” şirkəti ilə razılığa gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə holdinqin açıqlamasında bildirilir.

Ermənistandan başqa, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Pakistan, Banqladeş, Əlcəzair, Gürcüstan kimi ölkələrdə də aktivləri olan “Veon”un Ermənistandakı bölməsinə bundan əvvəl həmin ölkənin üçüncü mobil operatoru “Ucom” şirkəti müştəri düşmüş, lakin danışıqlar nəticəsiz qalmışdı.

“Team LLC” “Ucom”un da təsisçiləri Hayk Yesayan Aleksandr Yesayan tərəfindən bu ilin aprel ayında təsis edilib.

Son xəbərlər

Orphus sistemi