Vatsapda çoxdan gözlənilən funksiya işə salınıb

Vatsapda çoxdan gözlənilən funksiya işə salınıb Vatsap sosial şəbəkəsində yeni funksiya işə salınıb.
İKT
876
24 Noyabr , 2021 20:21
Vatsapda çoxdan gözlənilən funksiya işə salınıb
0 : 00
0 : 00

Vatsap sosial şəbəkəsində yeni funksiya işə salınıb.

“Report” xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Bu funksiya istifadəçiyə mövcud olan şəkillərdən stikerlər yaratmaq imkanı verir. Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə "Android" əməliyyat sisteminin istifadəçiləri, daha sonra isə "iPhone" sahibləri üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, bu funksiya teleqram messencerində artıq mövcuddur. Teleqramdan fərqli olaraq, vatsapda şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.

Son xəbərlər

Orphus sistemi