Azərbaycan BMT-nin Asiya-Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, hesabatda Azərbaycan bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasındadır:
“Cənubi və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında isə liderdir. Azərbaycanın bu reytinqdə liderlik etməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi-siyasət nəticəsində mümükün olub. Xüsusi ilə ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, "Yaşıl dəhliz", “Azexport.az”, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və.s sahədə aparılan uğurlu islahatların məntiqi nəticəsi kimi bunu qiymətləndirə bilərik”.