ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir

ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir İnkişaf etməkdə olan ölkələrin poçt təşkilatları rəqəmsal dövrə beynəlxalq əməkdaşlıqla keçid edə bilər.
İKT
13 may 2025 10:20
ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir
Mutua Muthusi

İnkişaf etməkdə olan ölkələrin poçt təşkilatları rəqəmsal dövrə beynəlxalq əməkdaşlıqla keçid edə bilər.

"Report" xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi jurnalistlərə açıqlamasında bildirib.

Qonaq bu gün Bakıda işə başlamış və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda iştirak edir. Tədbiri ÜPİ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.

"İnkişaf etməkdə olan ölkələrin poçt təşkilatlarının rəqəmsal dövrə keçid etməsi üçün beynəlxalq əməkdaşlıq əsas rola malikdir. Bizim əsas məqsədimiz zəif işləyən poçt şəbəkələrinin optimal fəaliyyət səviyyəsinə çatmasını təmin etməkdir ki, nəticədə güclü beynəlxalq poçt şəbəkəsi yaradılsın", – deyə o qeyd edib.

Qonağın sözlərinə görə, ÜPİ bu məqsədlə texniki yardım, avadanlıq dəstəyi və potensialın artırılması proqramları təqdim edir: "Hazırda biz buradakı tədbirdə yüksək səviyyəli potensial artırma işləri görürük. Poçt rəhbərləri arasında təcrübə və məlumat mübadiləsi aparılır. Bu proses nəticəsində mövcud əməliyyat boşluqlarını müəyyənləşdiririk və həmin boşluqları aradan qaldırmaq üçün konkret dəstək mexanizmləri formalaşdırırıq".

Orphus sistemi