Ukrayna Rusiya şirkətlərinə qarşı sanksiyaları uzadıb

Ukrayna Rusiya şirkətlərinə qarşı sanksiyaları uzadıb Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra Rusiya şirkətlərinə, o cümlədən İT sektoruna qarşı sanksiyaların 10 il müddətinə uzadılması ilə bağlı sənəd imzalayıb.
İKT
24 May , 2024 10:32
Ukrayna Rusiya şirkətlərinə qarşı sanksiyaları uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra Rusiya şirkətlərinə, o cümlədən İT sektoruna qarşı sanksiyaların 10 il müddətinə uzadılması ilə bağlı sənəd imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ukrayna dövlət başçısının saytında dərc olunub.

Bildirilib ki, xüsusilə, “Kaspersky Lab” antivirus proqram təminatının tərtibatçısına qarşı sanksiyalar uzadılıb.

Sanksiya siyahısına “Galaxy Center”, “Corus Consulting”, “Parus Corporation”, “Megasoft” və “Doctor Web” və s. şirkətlər də daxildir.

Bundan əlavə, “Webmoney.ru”, “Paymaster” və “Yumani” ödəniş sistemlərinə qarşı da sanksiyalar genişləndirlib.

Son xəbərlər

Orphus sistemi