"Twitter"də problem yaranıb

"Twitter"də problem yaranıb
İKT
27 Yanvar , 2020 00:29
Twitterdə problem yaranıb

Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox Yaponiya və ABŞ istifadəçiləri şikayət edirlər. Bundan başqa, problemlərlə həmçinin Böyük Britaniya, İspaniya, Fransa və Niderlandın sosial şəbəkə istifadəçiləri də qarşılaşıblar. 

Rusiyada əsasən paytaxt Moskvada, Sankt-Peterburq, Novosibirsk və bir neçə şəhərin sakinləri nasazlıqdan şikayətləniblər.

İstifadəçilərin təxminən 47%-i "Apple" mobil telefonlarında və mobil proqramlarda sosial şəbəkənin işindən şikayət edirlər. İstifadəçilərin 35 faizi isə öz hesablarına daxil ola bilmirlər.