Tviterin reklam gəlirləri 50 % azalıb

Tviterin reklam gəlirləri 50 % azalıb Reklam gəlirlərinin təxminən 50% azalması və İlon Maskın gözləntilərinə uyğun olmayan ağır borc yükü səbəbindən tviterin pul axını mənfi olaraq qalır.
İKT
16 İyul , 2023 12:03
Tviterin reklam gəlirləri 50 % azalıb

Reklam gəlirlərinin təxminən 50 % azalması və İlon Maskın gözləntilərinə uyğun olmayan ağır borc yükü səbəbindən tviterin pul axını mənfi olaraq qalır.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Minlərlə işçini ixtisar etdikdən və bulud xidmətlərinə xərcləri azaltdıqdan sonra yeni sahib şirkətin qeyri-borc xərclərini 2023-cü ildə proqnozlaşdırılan 4,5 milyard dollardan 1,5 milyard dollara endirdiyini söyləyib.

Bununla belə, Maskın oktyabr ayında tviteri əldə etməsindən sonra aqressiv xərcləri azaltma tədbirləri müsbət pul axını yaratmaq üçün kifayət etməyib.

İlon Mask bildirib ki, reklam gəlirləri 50 % azaldığı üçün tviterin pul axını hələ də mənfidir: “Başqa bir şeyin dəbdəbəsinə sahib olmamışdan əvvəl müsbət pul axınına nail olmalıyıq”.

Şirkətin yeni təyin olunmuş direktoru Linda Yakkarino investorlara bildirib ki, tvitter diqqətini video, yaradıcılar və ticarətlə tərəfdaşlığa, o cümlədən siyasətçilər və əyləncə sənayesi, ödəniş xidmətləri, xəbərlər və media nəşriyyatları ilə danışıqlara yönəltməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi