Tusk: “Microsoft” Polşaya 700 milyon dollar investisiya yatıracaq

Tusk: “Microsoft” Polşaya 700 milyon dollar investisiya yatıracaq ABŞ korporasiyası “Microsoft” Polşadakı data mərkəzinin genişləndirilməsinə 700 milyon dollar ayıracaq.
İKT
17 fevral 2025 12:22
Tusk: “Microsoft” Polşaya 700 milyon dollar investisiya yatıracaq

ABŞ-nin “Microsoft” korporasiyası Polşadakı data mərkəzinin genişləndirilməsinə 700 milyon dollar ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada “Microsoft”un prezidenti Bred Smit ilə görüşdən sonra mətbuat konfransında bildirib.

"Təxminən 3 milyard zlot, daha dəqiq desək, 700 milyon dollar "Microsoft" rəhbərliyinin bu gün təsdiqlədiyi sərmayədir", - o qeyd edib.

“Microsoft”un rəhbəri öz növbəsində izah edib ki, söhbət Polşa Rəqəmsal Vadisi layihəsinin ikinci mərhələsindən gedir və infrastrukturun yaradılması işləri 2026-cı ilə qədər davam edəcək.

2020-ci ildə "Microsoft" Polşa Rəqəmsal Vadisi layihəsinə 1 milyard dollar investisiya yatırıb. 2023-cü ildə korporasiya Varşava yaxınlığında Mərkəzi və Şərqi Avropada ilk bulud məlumat emalı mərkəzini açıb.

Orphus sistemi