Türkiyənin texnologiya şirkəti Azərbaycanla bağlı hədəflərini açıqlayıb

İKT
  • 17 oktyabr, 2024
  • 13:43
Türkiyənin texnologiya şirkəti Azərbaycanla bağlı hədəflərini açıqlayıb
Umut Güney

Türkiyənin informasiya texnologiyaları sahəsində proqram həlləri təqdim edən “Bimser” şirkəti Azərbaycanla bağlı hədəflərini açıqlayıb.

“Report”a açıqlamasında Türkiyənin informasiya texnologiyaları sahəsində proqram həlləri təqdim edən “Bimser” şirkətinin qlobal satış direktoru Umut Güney bildirib ki, şirkət Qafqaz regionunda əsasən Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir.

“Hazırda Azərbaycanda 15-ə yaxın müştəri ilə əməkdaşlıq edirik. Hədəfimiz 2025-ci ilin sonuna qədər müştəri sayını 100-ə çatdırmaqdır. Həmçinin gələn ilin ikinci yarısı üçün şirkətin Azərbaycanda ofisini açmağı planlaşdırırıq. Ölkəniz texnologiya, startap sahəsində ciddi irəliləyişlərə imza atıb”.

Şirkət rəsmisi hesab edir ki, Azərbaycan texnologiya infrastrukturu baxımından Avropanın hər hansı ölkəsindən geri qalmır: “Gənclərin də bu sahədə gələcəyi parlaq görünür. Düşünürəm ki, süni intellektə əsaslanan texnologiyanın daha da geniş tətbiqi üçün hələ çox işlər görülməlidir. Əminəm ki, Azərbaycanın bu istiqamətdə hazırladığı strategiyalar, yol xəritələri öz müsbət təsirini göstərəcək”.

Azərbaycanla bağlı hədəflərinin 2 istiqamətdə olduğunu diqqətə çatdıran Umut Güney vurğulayıb ki, bunlardan biri Qarabağdır: “Biz əvvəlcə Qarabağda daha çox zaman keçirməli, bu istiqamətdə görüləcək işlərin nələr olduğunu müəyyənləşdirməliyik. Qarabağın da texnologiya sahəsində ən azı Bakı şəhəri qədər potensialı var. Burada həyata keçiriləcək texnologiya sahəsində fəaliyyətləri dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”.

44 filmi