Türkiyədəki "Teknofest"də Azərbaycandan 16 komanda iştirak edir

Türkiyədəki "Teknofest"də Azərbaycandan 16 komanda iştirak edir R.Rüstəmovun sözlərinə görə, həmin iştira
İKT
30 Avqust , 2022 14:40
Türkiyədəki Teknofestdə Azərbaycandan 16 komanda iştirak edir

Bu gün Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalında Azərbaycanı 16 komanda təmsil edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, həmin komandalar bu il mayın 26-29-da Bakıda keçirilmiş "Teknofest Azərbaycan" tədbirinin qalibləridir: "Teknofest"in uğuru bizi də sevindirir. Bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyinin, bütövlükdə Azərbaycan xalqının marağına səbəb olub. Bunu həm 300 mindən çox ziyarətçi sayında, həmçinin festivaldan sonrakı müraciətlərdə hiss etdik".

Xatırladaq ki, "Teknofest" Türkiyədə 5-ci dəfədir ki, keçirilir.

Son xəbərlər

Orphus sistemi