Türkiyə xəritəsi "GoMap.Az"a inteqrasiya edilə bilər

İKT
  • 11 yanvar, 2022
  • 13:32
Türkiyə xəritəsi GoMap.Aza inteqrasiya edilə bilər
Elçin Əliyev

Türkiyə xəritəsi "GoMap.Az" elektron platformasına inteqrasiya edilə bilər.

“Report” xəbər verir ki, bunu “Sinam” şirkətinin prezidenti Elçin Əliyev deyib.

E.Əliyevin sözlərinə görə, tələbat olarsa inteqrasiya baş tuta bilər:

“Artıq Gürcüstanın xəritəsi bizim platformaya inteqrasiya edilib. Biz texnoloji tərəfdən Türkiyə xəritəsinin də inteqrasiya etmək üçün hazırıq. Məsələ ondan ibarətdir ki, bu inteqrasiya üçün tələbat olmalıdır. Hər şey məqsəddən də asılıdır. Bu inteqrasiya texniki resurslar da tələb edir. Əgər məlumat çox olacaqsa serverin artırılmasına da ehtiyac olacaq.

Həmçinin biz istərdik ki, iş adamları da bu layihəyə maraq göstərsin və investisiya yatırsınlar. Çünki, bu təkcə bizim deyil, ümumi ölkəmizə lazımlı layihədir”.